Skip to main content
search

Təlim haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz: info@keytorc.com

Mob: (+994 70) 2011706

Proqram təminatının test olunması üzre Avropa və Orta Asiya bölgəsində lider olan Keytorc şirkəti təlimçi mütəxəssis heyəti ilə birgə Bakıda İSTQB Foundation Level Beynəlxalq Sertifikatlı Proqram Təminatının Test Olunması təlimlərinə başlayır. Bakıda ilk təlim 28-29-30 Yanvar 2015 tarixində həyata keçiriləcəkdir.

Keytorc bu günə qədər 600’dən çox şirkətə;

– Proqram Təminatının Test Olunması üzrə Beynəlxalq Sertifikatlı təlimlər,
– Testlərin Avtomatlaşdırılması, Performans Testləri, Test Verilənlərinin idarə edilməsi, Mobil Tətbiq Testləri, Test proseslərinin təkmiləşdirilməsi sahələrində konsultasiya ,
– Proqram Təminatının test olunmasında xarici resursdan istifadə ,

kimi xidmətləri göstərmişdir.

Azərbaycanın paytaxtı Bakıda keçiriləcək İSTQB Foundation Level Başlanğıc Səviyyə Proqram Təminatının Test olunması üzrə təlimin məqsədi, iştirakçıların Beynəlxalq Test Mühəndisliyi sahəsindəki ən vacib sertifikasiya proqramı olan və dünyada 320.000’dən çox insanın sahib olduğu İnternational Software Testing Qualifications Board Certified Tester sertifikasiya imtahanına hazırlanmaq və İKT layihələrinin uğurla başa çatdırılması üçün Test mərhələsində tətbiq edilməsi zəruri olan və dünyada təcrübə edilən ən son tətbiqlər üzrə praktiki məlumatlar əldə etməkdir.

İSTQB (İnternational Software Testing Qualifications Board – www.istqb.org ) Proqram Təminatının Test olunması sahəsində fəaliyyət göstərən dünyadakı ən məşhur kar amacı güdməyən qeyri hökümət təşkilatıdır. Bu təşkilatın məqsədi dünyada proqram testi sahəsində standartların müəyyən edilməsi və bu sahədə fəaliyyət göstərən test mütəxəssislərini bu standartlara görə inkişaf etdirmək və sertifikatlaşdırmaqdır.
Təlimin tərkibi haqqında məlumatı aşağıdan öyrənə bilərsiniz:

Təlimin Tərkibi

Proqram Təminatının Test olunmasının əsasları

  • Test nədir
  • Proqram təminatında xətalar, bu xətaların səbəbləri və nəticələri
  • Testin əhatə sahəsi
  • Test layihəsinin müvəffəqiyyətli nəticələnməsinə təsir edən amillər
  • Testin limitləri
  • Testlərin prioritetləşdirilməsi
  • Keyfiyyət risk analizi metodları
  • Layihənin risk xəritəsinin hazırlanması
  • Test ssenarilərinin  (Test Case) hazırlanması, yazılması və sənədləşdirilməsi
  • Tətbiqi tapşırıq (Oracle Problemi)
  • Testin yekunlaşdırılması kriteriyalarının seçilməsi

 

Proqram Təminatlnln İnkişaf Mərhələsində Testin Əhəmiyyəti

  • Test psixologiyası
  • Əsas test mərhələləri
  • Fərqli proqram təminatı inkişafı modellərinə Testin inteqrasiyası (Waterfall, Spiral, RAD, Extreme Programming,V-Model, Agile, Scrum və.s)
  • Doğrulama və təsdiqləməp (Verification and Validation)
  • Test səviyyələri (Unit, Sistem, İntegration, User Acceptance)
  • Test növləri (Functional, Performance, Structural, Regression)

 

Testin İdarə Olunması

  • Vəzifələr və Öhdəliklər
  • Test komandasının strukturu
  • Test mühitinin hazırlanması (Test Labaratoriyası)
  • Test strategiyasının və planının hazırlanması
  • Əhatə sahəsi, test layihə planı və risklərin müəyyən edilməsi
  • Test layihəsi tətbiqi (Testware)
  • Əsas performans göstəriciləri
  • Test və Keyfiyyətə nəzarət
  • Xətaların prioritetləşdirilməsi və hesabatlandırılması

 

Dinamik Tetslər

  •  Qara qutu test texnikaları (Black Box Test techniques)
  • Bərabər sinifləndirmə test texnikası (Equivalence Class Partitioning)
  • Sərhəd dəyəri analizi (Boundary Value Analysis)
  • Qərar cədvəli testi (Decision table testing)
  • Sistem vəziyyəti testi (State Transition Test)
  • İş ssenarisi testi (Use case testing)
  • Ağ qutu testi (White Box test techniques)
  • Proqram skriptlərinin iş axışı qrafiklərinə çevrilməsi (control flow)
  • Təlimat test texnikaları (Statement testing)
  • Qərar test texnikaları (Decision Testing)
  • Manual test texnikaları

 

Statik Testlər

  •  Statik test texnikaları və test müddəti
  • Nəzərdən keçirmə müddəti (Review process)
  • Fəaliyyətlər
  • Vəzifə və öhdəliklər
  • Müvəffəqiyyət faktorları
  • Statiq analiz vasitələri

 

Testlərin Avtomatlaşdırılması Vasitələri

  • Testlərin avtomatlaşdırılmasında vacib olan məqamlar
  • Avtomatlaşdırma üçün vasitə seçilməsi prosesi
  • Test planlaşdırma və idarə etmə vasitələri
  • Statik test avtomatlaşdırma vasitələri
  • Dinamik test avtomatlaşdırma vasitələri

Təlimdə istifadə ediləcək tətbiqi tapşırıqlar

  • Risk xəritəsini hazırlanması
  • Test planının hazırlanması
  • Test ssenarisinin hazırlanması (Test Case)
  • Funksianal test
  • Performans testi
  • Qara qutu test texnikasının tətbiqi
  • Ağ qutu test texnikasının tətbiqi
  • Xəta girişi və hesabatlandırılması

 

Təlim haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz: info@keytorc.com

Mob: (+994 70) 2011706

Close Menu